Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Venesuelaya gedib.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, Lavrovun venesuelalı həmkarı İvan Xil Pinto ilə danışıqlar aparacağı, həmçinin, ölkə prezidenti Nikolas Maduro və icraçı vitse-prezident Delsi Rodriqes ilə görüşlər keçirəcəyi gözlənilir.
Qeyd olunub ki, tərəflər ikitərəfli strateji tərəfdaşlığın hazırki vəziyyətini və inkişaf perspektivlərini müzakirə etməyi planlaşdırır.