Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə və Rusiya prezidentləri telefon danışığında ikitərəfli münasibətləri müzakirə ediblər.
Bundan başqa, Putin türkiyəli həmkarını 70 illik yubileyi münasibətilə təbrik edib və Rusiya-Türkiyə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə ona minnətdarlığını bildirib.