...

Rəisi səsvermədə iştirak edib

Dünya xəbərləri Materials 1 Mart 2024 11:16 (UTC +04:00)
Rəisi səsvermədə iştirak edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi bu gün keçirilən 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisi seçkilərində iştirak edib.

Trend-in məlumatına görə, İran prezidenti Daxili İşlər Nazirliyinin binasında yaradılan seçki məntəqəsində səsvermədə iştirak edib.

Səsvermədən sonra açıqlama verən İbrahim Rəisi deyib ki, bu seçkilər milli birliyin simvoludur və milli bayramdır. Bu gün xalqın səsi təyinedici rola sahibdir.

İran prezidenti bildirib ki, seçki meydanının qalibi İran xalqıdır. Buna görə, səs qazananlar və ya qazanmayanlar qalib və yaxud məğlub deyillər.

Qeyd edək ki, İranda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkilər yerli vaxtla saat 08:00-da başlanıb. Seçkilər 31 vilayətdə 1 218 seçki dairəsi, təxminən 59 min seçki məntəqəsində keçirilir.

Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olduğu bildirilir.

İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparacaq. Hazırda bu məclisin sədri Məhəmməd Qalibafdır.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparacaq. Hazırda bu məclisin sədri Əhməd Cənnətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti