Bakı. Trend:
Husilər Bab əl-Məndəb boğazı yaxınlığında ABŞ gəmisinə hücum ediblər.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmənin Ədən limanından 54 dəniz mili cənub-qərbində gəmiyə hücum barədə məlumat aldığını qeyd edib.
Qeyd edək ki, husilər fevralın 19-da Britaniya gəmisinə hücum etmişdilər. Husilərin hücumuna məruz qalan Britaniya gəmisi Qırmızı dənizdə batmışdı.