...

ABŞ prezidenti federal qurumları maliyyələşdirmək üçün qanun imzaladı

Dünya xəbərləri Materials 9 Mart 2024 23:56 (UTC +04:00)
ABŞ prezidenti federal qurumları maliyyələşdirmək üçün qanun imzaladı

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden bir sıra federal qurumlarının 2024-cü maliyyə ilinin sonuna qədər (ABŞ-da sentyabrın 30-da başa çatır) maliyyələşdirilməsini davam etdirmək üçün qanun imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

Məlumata əsasən, qanun layihəsinə bəzi qurumlar üçün 460 milyard dollardan çox maliyyə vəsaiti daxildir. Beləliklə, Amerika hakimiyyəti federal hökumətin fəaliyyətini dayandırmaqdan qaça bilib.

Martın 6-da təşəbbüsün lehinə Nümayəndələr Palatası, martın 8-də isə ABŞ Konqresinin Senatı səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti