Bakı. Trend:
Braziliya millisinin sabiq futbolçusu Dani Alvesin əhatəsində olanlar idmançının intihar etməsi ilə bağlı məlumatı təkzib ediblər.
Trend-in məlumatına görə, bu barədə Braziliyanın "Itatiaia" nəşrinə idmançının mətbuat məsləhətçisi Akaz Felleqqe bildirib.
"Məlumatı Rio-de-Janeyrodan olan Paulo Albukerke paylaşıb. Heç bir əsas olmadan. Heç bir doğrululuq yoxdur. Mən vəkillə danışmışam və bu məsuliyyətsiz adamı məhkəməyə vermək lazımdır", - deyə A.Felleqe qeyd edib.
Qeyd edək ki, daha əvvəl braziliyalı jurnalist Paulo Albukerke Dani Alveşin intihar etdiyini iddia edib. Onun sözlərini "BBO Sports" hesabı "X" sosial şəbəkəsində sitat gətirib.