...

Yunanıstan ilə siyasi dialoq iclası keçiriləcək - Türkiyə XİN

Dünya xəbərləri Materials 10 Mart 2024 19:25 (UTC +04:00)
Yunanıstan ilə siyasi dialoq iclası keçiriləcək - Türkiyə XİN

Bakı. Trend:

Yunanıstan ilə siyasi dialoq iclası keçiriləcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

"Xarici işlər nazirinin müavini Burak Akçapar və Yunanıstan xarici işlər nazirinin müavini səfir Alexandra Papadopulou sabah Ankarada məsləhətləşmələr aparacaq" - deyə açıqlamada qeyd edilib.

Görüş zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Qeyd edilib ki, keçiriləcək görüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 dekabr 2023-cü ildə Yunanıstana səfəri zamanı imzalanmış Afina Bəyannaməsinin davamıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti