Bakı. Trend:
İranda 22 gün (20 fevral - 12 mart) ərzində ilaxır çərşənbələri ilə əlaqədar baş verən hadisələr nəticəsində 14 nəfər ölüb, 2100 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər verib.
Məlumata əsasən, xəsarət alanlar arasında 152 nəfərin bədən üzvü amputasiya olunub, 700 nəfər göz nahiyəsindən xəsarət alıb, 681 nəfər isə yanıq xəsarəti alıb.
