...

Ağ Ev "Crocus City Hall"da baş verən terror aktı ilə əlaqədar başsağlığı verib

Dünya xəbərləri Materials 24 Mart 2024 00:38 (UTC +04:00)
Ağ Ev "Crocus City Hall"da baş verən terror aktı ilə əlaqədar başsağlığı verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Moskva yaxınlığındakı "Crocus City Hall"da baş verən fövqəladə hadisə ilə bağlı daha çox məlumat axtarır və bunu dəhşətli hücum kimi qiymətləndirir.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Bu kadrlar sadəcə olaraq dəhşətlidir. Onları izləmək çətindir və düşüncələrimiz təbii ki, bu dəhşətli atışma qurbanlarladır", - deyə o qeyd edib.

C.Kirbi hadisəni “şiddətli atışma” kimi qiymətləndirib. "Mən əlavə təfərrüat verə bilmərəm. Hadisələr barədə yalnız bu brifinqdən əvvəl öyrəndim", - Ağ Evin sözçüsü əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti