...

Alla Puqaçova Rusiyada xarici agent kimi tanınacaq

Dünya xəbərləri Materials 27 Mart 2024 14:20 (UTC +04:00)
Alla Puqaçova Rusiyada xarici agent kimi tanınacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Alla Puqaçovanın Rusiyada xarici agent kimi tanınması ilə bağlı prosedur artıq başlanılıb.

Trend-in Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin məlumat verib.

Onun sözlərinə görə, Alla Puqaçovanın Rusiyada xarici agent kimi tanınması ilə bağlı müraciətinə Rusiya Federasiyası Baş Prokurorluğundan cavab gəlib.

"Alla Puqaçovanın xarici agent olaraq tanınması proseduru başlanılıb, prokurorluq Rusiya Federasiyası Ədliyyə Nazirliyindən Puqaçovanı xarici agent kimi tanımasını xahiş edir. Ümid edirəm ki, nəzarət orqanları bu işi sona çatdıracaqlar", - o deyib.

Qeyd edək ki, Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin 2022-ci ilin yazında İsrailə köçüblər. Maksim Qalkin dəfələrlə Rusiyanın Ukraynada apardığı hərbi əməliyyata qarşı çıxdığı üçün 2022-ci ilin sentyabr ayında xarici agentlər reyestrinə daxil edilib. Bundan sonra Alla Puqaçova da həyat yoldaşı ilə həmfikir olduğunu bildirərək, onu da sözügedən reyestrə daxil etmələrini istəyib.

Xəbər lenti

Xəbər lenti