...

Parisdə çoxmərtəbəli binada partlayış olub, 3 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Aprel 2024 00:56 (UTC +04:00)
Parisdə çoxmərtəbəli binada partlayış olub, 3 nəfər ölüb

Bakı. Trend:

Parisin şərqində doqquz mərtəbəli binanın səkkizinci mərtəbəsində baş verən partlayış və ardınca baş verən yanğında azı 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Le Parisien" qəzeti xəbər verib.

Hadisə bazar günü axşam saatlarında şəhərin XI dairəsində baş verib. Yerli sakinlər partlayış səsi eşitdiklərini bildiriblər, lakin dairə administrasiyası rəhbərinin müavini Lyuk Lebonun sözlərinə görə, bu evdə qaz avadanlığı yoxdur, ona görə də onun səbəbini hələ müəyyən edilməyib.

Yanğın baş verən mənzildə xilasedicilər iki nəfərin cəsədini aşkar ediblər. Digər bir şəxs təşvişə düşüb və mənzilinin pəncərəsindən atılıb. Həkimlərin səylərinə baxmayaraq, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti