...

Budapeşt Brüsseli tənqid atəşinə tutub

Dünya xəbərləri Materials 17 Aprel 2024 14:49 (UTC +04:00)
Budapeşt Brüsseli tənqid atəşinə tutub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın baş naziri Viktor Orban Aİ rəhbərliyini siyasi şantajda ittiham edib və bildirib ki, o, bütün əsas layihələri iflasa uğratdığı üçün istefaya getməlidir.

Trend xəbər verir ki, Macarıstanın baş naziri Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Budapeştin miqrasiya və anti-gender siyasəti ucbatından Aİ fondlarından pul almayacağını açıq şəkildə bəyan etməsinə məhz belə cavab verib.

“Avropa İttifaqında liderlər yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət kimi əsas layihələri özləri seçdilər və onların hamısı uğursuz oldu”, - o deyib.

Orbanın fikrincə, Aİ-nin hazırkı rəhbərliyi getməlidir, İttifaqa yeni liderlər lazımdır.

Siyasətçi əlavə edib ki, Brüssel qanunun aliliyi və şərtlər mexanizmindən siyasi şantaj aləti kimi istifadə edir.

Qeyd edək ki, bundan əvvəl siyasətçi Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağını deyən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərini xatırladıb. Onun sözlərinə görə, Avropa İttifaqının yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi siyasi şantaj alətinə çevrilib.

Xəbər lenti

Xəbər lenti