Bakı. Trend:
Ermənistan və İranı birləşdirən "M2" beynəlxalq avtomobil yolunun 234-cü kilometrliyində sel keçib və torpaq sürşməsi baş verib.
Trend-in məlumatına görə, bu barədə Ermənistan Yol Departamentindən bildiriblər.
Bildirilib ki, bunun nəticəsində Ltsen-Tatev yolunun bir hissəsi bağlanıb.
Qeyd olunub ki, hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb. Hazırda yolun təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.