...

Ötən ildə qlobal hərbi xərclər rekord həddə artıb

Dünya xəbərləri Materials 22 Aprel 2024 05:08 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ildə qlobal hərbi xərclər 2,443 trilyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 6,8 % çoxdur.

Trend-in məlumatına görə, bu məlumat Stokholm Sülh Tədqiqatları İnstitutu – SIPRI-nin son hesabatında yer alır.

Bildirilib ki, bu, 2009-cu ildən indiyədək ən ciddi artımdır. Müharibələr və regional münaqişə ocaqları hərbi xərclərin artmasına səbəb olur.

2023-cü ildə hərbi xərclər dünya üzrə ümumi daxili məhsulun 2,3 %-ni təşkil edib. Hərbi xərclərin çoxluğuna görə ilk yerdə 916 milyard dollarla ABŞ və 296 milyard dollarla Çin gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti