...

Rusiyada təxribat və terror aktları riski artıb - RƏSMİ

Dünya xəbərləri Materials 23 Aprel 2024 16:03 (UTC +04:00)
Rusiyada təxribat və terror aktları riski artıb - RƏSMİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Rusiyada “Ölməz alayın” yürüşü təhlükəsizlik baxımından əyani formatda keçirilməyəcək.

Trend xəbər verir ki, bu barədə “Rusiyanın ölməz alayı” hərəkatının mərkəzi qərargahının həmsədri, Dövlət Dumasının deputatı Yelena Sunayeva bildirib.

O qeyd edib ki, ictimai təhlükəsizliyə mövcud təhdidlərlə əlaqədar mərkəzi qərargah yürüşü əyani formatda keçirməmək barədə qərar qəbul edib.

Öz növbəsində, Rusiya Baş Prokurorluğunda təxribat və terror aktları riskinin artmasından xəbər veriblər.

“Təxribat və terror aktları törədilməsi riski əhəmiyyətli dərəcədə artıb. Ötən il biz insanların kütləvi şəkildə olduqları məkanlarda, kritik mühüm obyektlərdə təhlükəsizliyi yoxladıq, bu sahədə 200 mindən çox pozuntular aşkarladıq. Bu, ondan xəbər verir ki, terror təhdidlərinə qarşı mübarizə üzrə gördüyümüz tədbirlər hələ kifayət qədər deyil”, - deyə RF baş prokurorunun müavini Anatoli Razinkin Federasiya Şurasında bildirib.

Xəbər lenti

Xəbər lenti