...

Yunanıstanda dövlət qulluqçuları tətilə başlayıb

Dünya xəbərləri Materials 21 May 2024 20:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanda dövlət qulluqçuları Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışı ilə tətilə başlayıblar.

Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, ölkədə yaşayış bahalığına diqqət çəkən Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyası dövlət qulluqçularının iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə 24 saatlıq tətil elan edib. Dövlət qulluqçuları Yunanıstanın paytaxtı Afinada Maliyyə Nazirliyinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Nümayişçilər onların maaşlarının artırılmasını, vergidən azad edilən gəlirlərin həcminin artırılmasını və dövlət qulluqçularının sayının artırılmasını tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti