...

Tacikistan prezidenti də İbrahim Rəisi ilə vida mərasimində iştirak edəcək

Dünya xəbərləri Materials 22 May 2024 11:16 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan prezidenti Emoməli Rahmon Tehrana səfərə yola düşüb.

Trend bu barədə Tacikistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Emoməli Rahmon vida mərasimində iştirak edəcəyi və İran prezidenti İbrahim Rəisin ölümü ilə əlaqədar başsağlığı verəcəyi gözlənilir.

Tacikistan prezidenti ölkənin xarici işlər naziri, prezidentin xarici məsələlər üzrə müşaviri və digər rəsmilər müşayiət edəcək.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti