...

Dominikan Respublikası, Səudiyyə Ərəbistanı və Oman ITF-yə üzv olub

Dünya xəbərləri Materials 23 May 2024 14:20 (UTC +04:00)
Dominikan Respublikası, Səudiyyə Ərəbistanı və Oman ITF-yə üzv olub
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Leypsiq. Trend:

Dominikan Respublikası, Səudiyyə Ərəbistanı və Oman Beynəlxalq Nəqliyyat Forumunun (ITF) tərkibinə daxil olub.

Trend xəbər verir ki, müvafiq qərar Leypsiq şəhərində keçirilən sammitin yekunlarına əsasən, təşkilata üzv ölkələrin nazirləri tərəfindən qəbul olunub.

Bundan başqa, təşkilata sədrlik Litvadan Çiliyə keçib.

Qeyd edək ki, 22-24 may tarixlərində Almaniyanın Leypsiq şəhərində Litvanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) dayanıqlı iqtisadiyyata imkan yaradan nəqliyyat üzrə sammiti keçirilir. İştirakçılar nəqliyyatın eyni zamanda ekoloji və sosial dayanıqlılığa səbəb olmaqla, necə iqtisadi artıma imkan yarada biləcəyi haqqında müzakirələr və fikir mübadiləsi aparır.

Beynəlxalq Nəqliyyat Forumu (ITF) 60-dan çox ölkənin, o cümlədən Azərbaycanın da iştirak etdiyi hökumətlərarası təşkilatdır.

ITF 2006-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) yanında 1953-cü ildən etibarən fəaliyyət göstərən Avropa Nəqliyyat Nazirləri Konfransının (ECMT) varisi kimi təsis edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti