Bakı. Trend:
Meksikada mart ayından bəri isti hava səbəbindən 48 ölüm halı qeydə alınıb. Sinoptiklər yeni temperatur rekordlarının ola biləcəyinə dair xəbərdarlıq ediblər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 950-dən çox insan günvurma ilə əlaqədar olaraq xəstəxanalara müraciət edib.
Ötən ilin mart-oktyabr aylarında ölkədə istidən 419 nəfər ölmüşdü.
Meksika Universitetinin İqlim Dəyişikliyi Araşdırma Proqramının koordinatoru Fransisko Estrada 2024-cü ilin "tarixin ən isti ili" olacağını bildirib. O qeyd edib ki, istidən təkcə insanlar deyil, digər canlılar da əziyyət çəkir. İstilər səbəbdən ölkə ərazisində xeyli sayda meymun tələf olub.