...

Ukrayna prezidenti İspaniyaya yola düşür

Dünya xəbərləri Materials 27 May 2024 04:27 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 27-də İspaniyaya səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“Zelenskini burada ölkənin Baş naziri Pedro Sançes qəbul edəcək”, - məlumatda deyilir.

Məlumata görə, görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, mayın 15-də Zelenskinin cəbhədəki vəziyyətlə əlaqədar İspaniya və Portuqaliyaya səfərləri ləğv edilmişdi.

Bundan əvvəl İspaniya Kiyevə yeni hərbi yardım paketinin hazırlandığını bildirib.

Xəbər lenti

Xəbər lenti