Bakı. Trend:
İrəvanda itaətsizlik aksiyasında iştirak edən 284 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə İrəvan polisi yerli KİV-ə məlumat verib.
Saxlanılanlardan 273 nəfər artıq sərbəst buraxılıb.
xxx
12:56
İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 240 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanlar arasında parlamentdəki müxalif “Ermənistan” fraksiyasının üzvü Aşor Simonyanın da olduğu bildirilir.
Qeyd edək ki, bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Ermənistan paytaxtında və regionlarda vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.
Etirazçılar İrəvanda bir sıra küçələri, həmçinin regionlararası əhəmiyyətə malik magistral yolları bağlayıblar. Polisin qanuni tələblərini yerinə yetirməyən aksiya iştirakçıları saxlanılaraq ərazidən kənarlaşdırılıb.
Xatırladaq ki, İrəvanda etiraz aksiyaları mayın 9-dan bəri davam edir.
xxx
10:56
İrəvanda baş nazir Nikil Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı 226 nəfər saxlanılıb.
Trend “Sputnik-Armeniya” saytına istinadən xəbər verir ki, bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.
Etirazçılar İrəvanda bir sıra küçələri, həmçinin, regionlararası əhəmiyyətə malik magistral yolları və küçələri bağlayıblar. Polisin qanuni tələblərini yerinə yetirməyən aksiya iştirakçıları saxlanılaraq ərazidən uzaqlaşdırılıb.
Xatırladaq ki, İrəvanda etiraz aksiyaları mayın 9-dan bəri davam edir.
xxx
09:29
Ermənistanda etiraz aksiyalarında 67 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İtaətsizlik aksiyaları, həmçinin, İrəvan metrosunda keçirilir.
xxx
08:44
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları başlayıb.
Trend xəbər verir ki, Qalstanyanın tərəfdarları əsas mərkəzi küçə və prospektləri bağlamağa çalışırlar.
Məlumata əsasən, polis qüvvələri mitinq iştirakçılarını saxlayırlar.