...

Pakistanda avtobus qəzasında 28 nəfər həlak olub

Dünya xəbərləri Materials 29 May 2024 09:33 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın Bəlucistan əyalətində avtobus qəzası nəticəsində 28 nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə Pakistan KİV məlumat yayıb.

Bildirilib ki, hadisə Vaşuk rayonunda baş verib. İlkin versiyaya görə, avtobusun təkəri partlayıb və nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti