...

Avropa Xalq Partiyası Avropa Parlamentinə seçkilərdə qalib gəlib

Dünya xəbərləri Materials 10 İyun 2024 03:16 (UTC +04:00)
Avropa Xalq Partiyası Avropa Parlamentinə seçkilərdə qalib gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin də daxil olduğu Avropa Xalq Partiyası Avropa Parlamentinə keçirilən seçkilərdə böyük fərqlə qalib gəlib.

Trend-in məlumatına görə, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqı üzrə seçkilərin ilkin nəticələrini təqdim edən Avropa Parlamentinin sədri Roberta Metsola bildirib.

Onun sözlərinə görə, partiya 720 yerdən 189-unu alacaq və bununla da Avropa Parlamentinin hazırkı tərkibi ilə müqayisədə mövqeyini yaxşılaşdıracaq.

Sosialistlər ikinci yerdədir - 135 mandat, liberallar üçüncü yerdə - 80, ifrat sağçılar dördüncü yerdə - 72 mandat, "İdentiklik və Demokratiya" fraksiyasından olan ifrat sağçılar beşinci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti