...

Ermənistan Belarusdakı səfirini geri çağırdı

Dünya xəbərləri Materials 13 İyun 2024 12:46 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı. Trend:

Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağrılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan jurnalistlərə deyib.

"Ermənistan Respublikasının Belarusdakı səfiri məsləhətləşmələr üçün İrəvana çağrılıb", - o deyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Lukaşenkonun Azərbaycanla bağlı bəyanatlarına görə o Belarusa rəhbərlik etdiyi müddətcə Belarusa səfər etməyəcək.

"Lukaşenko Belarusa rəhbərlik etdiyi müddətcə nə mən, nə də başqa bir başqa dövlət rəsmisi Belarusa səfər etməyəcək", - o deyib.

Xatırladaq ki, bu yaxınlarda Lukaşenko Prezident İlham Əliyevlə görüşündə bunları deyib:

"Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir".

Xəbər lenti

Xəbər lenti