...

"La Gazette du Caucase" erməni pastorun təltif olunmasına dair həqiqəti açıb - Fransanın Fəxri Legion ordeni öz nüfuzunu itirir

Dünya xəbərləri Materials 15 İyun 2024 13:00 (UTC +04:00)
"La Gazette du Caucase" erməni pastorun təltif olunmasına dair həqiqəti açıb - Fransanın Fəxri Legion ordeni öz nüfuzunu itirir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 13-də Fransanın baş naziri Qabriel Attal Erməni Incil Kilsələri İttifaqının prezidenti, pastor Rene Leonyanı Fəxri Legion ordeni ilə təltif edib. Təbii ki, erməni icması bu sevincdən doya bilmir və bu hadisəni geniş şəkildə işıqlandırır. Lakin Rene Leonyan bu hörmətə layiq olmaq üçün məhz nə edib?

Trend xəbər verir ki, Fransanın La Gazette du Caucase qəzeti öz məqaləsində pastorun mühüm "nailiyyəti"nin erməi separatçılığına çoxdankı dəstəyi ilə bağlı olduğunu yazıb.

Müəlliflər haqlı olaraq Leonyanın fəaliyyəti ilə bu mükafatın verilməsi zamanı əsas götürülən prinsiplər - "görkəmli nailiyyətlər" və "millət qarşısında şəxsi xidmətlər" - arasındakı əlaqəni şübhə altına qoyurlar.

Məqalədə Rene Leonyanın ötən ilin oktyabr ayında Azərbaycanı Qarabağa "hücum etməkdə" və erməniləri Azərbaycan ərazisindən "qovmaqda" ittiham etdiyinə dair sözlərindən sitat gətirilib.

"Onun sözləri tarixi reallıqlara, xüsusən də Fransanın imzaladığı BMT-nin 4 qətnaməsində qeyd olunmuş Azərbaycanın ərazi bütövlüyü hüququna və öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların geri qayıtmaq hüququna ziddir.

Bu Fəxri Legion "fransızların vətəndaş ruhunun və ümumi maraqlar hissinin illüstrasiyasıdır"? Bu "Fransız vətəndaş ruhunun nümayişi" ilə Xocalı soyqırımına görə məsuliyyət daşıyan erməni terror hərəkatlarına uğursuz maskalanmış dəstək arasında hansı əlaqə var? Ola bilsin ki, bu, Fransanın erməni icmasını həlledici seçkilər ərəfəsində prezident Makronun tərəfinə çəkməyin yolu idi", - məqalədə deyilir.

"La Gazette du Caucase" müəllifləri həmçinin vurğulayırlar ki, bu mükafatlandırma ordenin böyük kansleri general Puqun hər hansı hüquqi prosedur olmadan işdən azad olunması ilə nəticələnən qalmaqallar seriyasından sonra baş verib. Belə ki, general Puq öz xidmətləri ilə borclu olduğu qohumları və zəngin insanları təltif etməkdə ittiham olunub.

"Həmçinin, ordenin böyük magistri olan Emmanuel Makron Fəxri Legion ordeni ilə təltif edərkən daha ciddi olacağına söz verib ki, bu da pozulmuş daha bir sözdür", - məqalədə deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti