Bakı. Trend:
Rusiya Federasiya Şurası və Dövlət Duması Rusiyanın ATƏT Parlament Assambleyasının fəaliyyətində iştirakının dayandırılması və ödənişlərin dayandırılması barədə qərar hazırlayacaq.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
O qeyd edib ki, ATƏT Parlament Assambleyasında iştirakın dayandırılması qərarını dəstəkləyirəm, təşkilat qeyri-obyektivdir.
Qeyd edək ki, daha əvvəl senator Vladimir Cabarov Rusiyanın ATƏT PA-da iştirakının dayandırılması ideyası ilə çıxış edərək, bu mövqenin Dövlət Duması ilə razılaşdırıldığını açıqlayıb.