...

Dünyada vəba xəstəliyinə yoluxma halları azalıb - ÜST

Dünya xəbərləri Materials 19 Sentyabr 2024 05:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin avqustunda təxminən 50 minə yaxın insan vəba xəstəliyinə yoluxub, 160-dan çox insan ölüb.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nin aylıq bülletenində qeyd olunub ki, avqust ayında 17 ölkədə 49 986 yoluxma və 161 ölüm halı qeydə alınıb. İyul ayı ilə müqayisədə bu ay yoluxma 16 %, ölüm isə 28 % azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti