Bakı. Trend:
İranın 15 əyalətində iş olmayacaq.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, iyulun 11-də elektrik enerjisi istehsalı və istehlakında tarazlığın pozulması, yüksək temperatur və rekord istehlak səbəbi ilə müəssisələrdə, həmçinin dövlət orqanlarında işlər dayandırılacaq.