Bakı. Trend:
Antalyanın Döşemealtı rayonunda meşəlik ərazidə yanğın baş verib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, yanğının qarşısını almaq üçün əraziyə yanğınsöndürənlər göndərilib.
Naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə qəfil böyüyüb.
Xəbər üzərinə bölgəyə sövq edilən Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları dağlıq bölgədəki yanğına müdaxilə etməkdə çətinlik çəkib.
Daha sonra bölgəyə Meşə Region Müdirliyinə aid yanğınsöndürmə qrupları cəlb edilib.
Qeyd edilib ki, relyefin əngəlli və qayalıq olması səbəbindən komandalar bəzən söndürmə əməliyyatlarında çətinlik çəkirlər.