...

Uelsin birinci naziri istefa verib

Dünya xəbərləri Materials 16 İyul 2024 16:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uelsin birinci naziri Von Qetinq istefa verib.

Trend xəbər verir ki, mart ayında vəzifəyə başlayan V.Qetinqin adı son bir neçə ayda seçki kampaniyası zamanı aldığı ianələrlə bağlı qalmaqallara qarışmışdı.

O, istefa ərizəsində hər hansı qanun pozuntusunu inkar edib, iddiaların zərərli və siyasi motivli olduğunu deyib.

Von Qetinq qeyd edib ki, nazirliklərdə işlədiyi 11 il müddətində heç vaxt şəxsi maraqları üçün qərar verməyib və tutduğu vəzifələrdən sui-istifadə etməyib.

Qeyd edək ki, bu gün Baş nazirin istefasından əvvəl Uels hökumətinin dörd üzvü V. Qetinqə inamını itirdiklərini deyərək istefa vermişdi.

Xəbər lenti

Xəbər lenti