...

Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib

Dünya xəbərləri Materials 20 İyul 2024 03:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyulun 19-da Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

"Bu gün Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığımız oldu", - deyə o yazıb.

"Sizin ABŞ-nin növbəti prezidenti olaraq mən dünyaya sülh gətirəcəyəm və bu qədər insanın həyatına son qoyan və saysız-hesabsız günahsız ailələri viran qoyan müharibəyə son qoyacağam. [Ukrayna münaqişəsinin] hər iki tərəfi bir araya gələrək zorakılığa son qoyan və firavanlığa yol açan razılaşmanı müzakirə edə bilərlər", - deyə D.Tramp qeyd edib.

O, Ukrayna prezidentinin ABŞ-nin keçmiş prezidentinə qarşı sui-qəsdi də pislədiyini qeyd edib və Respublikaçılar Partiyasının Miluyoki şəhərində keçirilən Milli Qurultayının uğurla keçirilməsi münasibətilə onu təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti