...

Bayden iyulun 23-də özünətəcriddən sonra Ağ Evə qayıdacaq

Dünya xəbərləri Materials 23 İyul 2024 07:26 (UTC +04:00)
Bayden iyulun 23-də özünətəcriddən sonra Ağ Evə qayıdacaq

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden iyulun 23-də koronavirus səbəbindən karantində olduğu Rehobot-Biç şəhərindəki iqamətgahından Ağ Evə qayıdacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin yayımladığı cədvəldə bildirilib.

Məlumata əsasən, ABŞ-ın şərq sahili vaxtı ilə 12:30-da C.Bayden Rehobot-Biçdəki evini tərk edəcək və Dover şəhər aerodromuna gedəcək. O, saat 13:25-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına uçacaq, uçuşun 35 dəqiqə çəkəcəyi gözlənilir.

Amerika liderinin saat 14:30-da Ağ Evə gələcəyi gözlənilir, burada 15:00-da onun üçün qapalı brifinq keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti