...

Türkiyənin Özbəkistana avtomobil sənayesi məhsulları ixracı 35 milyona dollara yaxınlaşıb

Dünya xəbərləri Materials 24 İyul 2024 15:00 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Özbəkistana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz artaraq, 34,9 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə Özbəkistana 4,3 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 0,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 17 milyard dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 2,6 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 12,4 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023- iyun 2024) Türkiyə 35,4 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti