Bakı. Trend:
ABŞ Colan təpələrindəki Məcdəl Şəms məntəqəsinə edilən raket hücumunun arxasında "Hizbullah"ın dayandığını göstərən bütün işarələrin olduğunu bildirib.
Trend xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi Entoni Blinken verib.
“Bütün göstəricilər raketin, həqiqətən, “Hizbullah” tərəfindən atıldığını təsdiqləyir. Biz İsrailin öz vətəndaşlarını terror hücumlarına qarşı müdafiə etmək hüququnu dəstəkləyirik”, - deyə Blinken qeyd edib və eyni zamanda Qəzzada qarşıdurmanı bitirməkdə qərarlı olduqlarını bildirib.
Qeyd edək ki, “Hizbullah” təşkilatı Colan təpələrinə atılan raketlə hər hansı bir əlaqəni qətiyyətlə inkar edir.