Bakı. Trend:
Ermənistan sakini Samvel Şirinyan blokadadakı Leninqradının uşaqlarının xatirəsinə İrəvanda ucaldılmış abidəyə qoyulmuş əklilləri və Rusiya rəmzini təhqir etdiyi üçün günahkar hesab olunub.
Trend xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb.
Məhkəmə Samvel Şirinyanı nifrət, ayrı-seçkilik, dözümsüzlük, düşmənliyi qızışdırmağa və ya təşviq etməyə yönəlmiş ictimai bəyanatları açıq şəkildə səsləndirməkdə ittiham edib.
Məhkəmənin hökmünə əsasən o, 1 il müddətinə azadlıqdan məhrum edilib, lakin cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub. Onun haqqında 3 illik nəzarət tətbiq edilib.
O, məhkəmənin hökmündən şikayət etməyib.
Qeyd edək ki, bundan öncə Şirinyanın Ermənistanı tərk etməyə cəhd edərkən Gürcüstan sərhədində saxlanıldığı xəbər verilirdi.