Bakı. Trend:
Rumıniyanın Nevodar şəhərinin (Konstantsa judetsi) Midiya limanında yerləşən gəmiqayırma zavodunun yanalma körpüsündə təmir işləri aparılan gəminin mühərrik hissəsində baş vermiş yanğın nəticəsində dörd nəfər həlak olub.
Trend xəbər verir ki, yanğın söndürüldükdən sonra həlak olanların meyitləri gəminin içərisindən tapılıb.
“Yanğın gəmidəki stasionar karbon qazı qurğularından istifadə edilməklə söndürülüb”, – qəzanın fövqəladə hallar üzrə müfəttişliyi bildirib.
Gəminin ev limanı və qurbanların vətəndaşlığı barədə məlumat verilməyib.