Bakı. Trend:
Türkiyədə sərhədi keçməyə çalışan yeddi nəfər saxlanılıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi paylaşım edib.
“Türkiyədən Yunanıstana, Suriyadan isə Türkiyəyə qanunsuz keçməyə cəhd edən 7 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb”, – deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən ikisinin FETÖ, birinin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib.