Bakı. Trend:
Nigeriyada baş verən ağır yol qəzasında ən azı 48 nəfər həyatını itirib.
Trend-in məlumatına görə, “Punch” qəzeti yazıb ki, Niger ştatında yanacaq daşıyan avtomobil sərnişin daşıyan nəqliyyat vasitəsilə toqquşub, nəticədə güclü yanğın başlayıb.
Niger ştatının Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin baş direktoru Abdullahi Baba-Arabın sözlərinə görə, yanğın nəticəsində tanınmaz hala düşən 48 nəfərin cəsədi artıq müsəlman adətlərinə uyğun olaraq həmin gün dəfn edilib.
Ölən və yaralananların dəqiq sayı hələ müəyyən edilməyib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.