...

Son 75 ilin ən güclü tropik siklonu

Dünya xəbərləri Materials 16 Sentyabr 2024 13:30 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

"Bebinka" tayfunu Şanxay ətrafında Çinin Şərq sahillərinə zərbə vuraraq, son 75 ilin ən güclü tropik siklonu olaraq tarixə düşüb.

Trend xəbər verir ki, bu barədə Çinin Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Tayfun sahilə çatanda mərkəzi bölgələrdə küləyin sürəti saatda 42 metrə çatıb. Çin Mərkəzi Meteorologiya İdarəsi tayfunun materikdə irəliləyərək tədricən zəifləyəcəyini proqnozlaşdırır.

Mərkəzi Meteorologiya İdarəsi tayfunun yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsini elan edib. Şanxaydakı iki hava limanı bütün uçuşları ləğv edib, şəhər hakimiyyətləri isə təhlükəli bölgələrdən təxminən 400 min nəfəri təxliyə edib.

Eyni zamanda, Avropada “Boris” siklonu fəallaşıb, Çexiya, Almaniya, Polşa və Rumıniya bu hava şəraitinin mərkəzində yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti