Bakı. Trend:
Livanda peycer partlayışları nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Yaxın Şərq KİV-ləri Livan Səhiyyə Nazirliyinə istinadən bildirib.
Məlumata əsasən, daha 4 minə yaxın insan yaralanıb, onlardan 400-nün vəziyyəti ağır qiymətləndirilir.
Bundan əvvəl səkkiz nəfərin öldüyü, 2,7 min nəfərin yaralandığı barədə məlumat yayılmışdı.