...

Qazaxıstanda cəzaçəkmə müəssisəsində məhbuslar kütləvi iğtişaş törədib

Dünya xəbərləri Materials 21 Sentyabr 2024 12:12 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın cənubunda yerləşən cəzaçəkmə müəssisəsində məhbuslar kütləvi iğtişaş törədib.

Trend bu barədə Qazaxıstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bir qrup məhbus narkotik yoxlaması zamanı yanğın törədib. Yoxlama cəzaçəkmə müəssisəsinin işçiləri tərəfindən həyata keçirilib. Üsyanda təxminən 400 nəfər iştirak edib, 3 nəfər xəsarət alıb.

Komitə izah edib ki, məhkumlardan bəziləri “saxlanma rejimi ilə razılaşmadıqları üçün itaətsizlik nümayiş etdiriblər. Müəssisədə komitənin sədri, rəhbərliyi, yerli cəza sistemi idarəsinin (CİS) və Milli Qvardiyanın şəxsi heyəti, habelə nəzarət orqanları yerləşir.

Son məlumatlara görə, vəziyyət stabilləşib. Lakin iğtişaş zamanı Milli Qvardiyanın iki hərbçisi və bir polis əməkdaşı yüngül bədən xəsarətləri alıb və onlara tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti