Bakı. Trend:
Rusiyanın Sakit okean donanmasının döyüş gəmiləri və Çin Xalq Respublikasının Hərbi Dəniz Qüvvələri Rusiyanın Vladivostok şəhərindən təlimlərə yola düşüblər.
Trend xəbər verir ki, bu barədə Rusiya Sakit okean donanmasının mətbuat xidməti məlumat yayıb.
Rusiya tərəfdən «Admiral Panteleyev» və «Admiral Tributs» adlı iri sualtı qayıq əleyhinə gəmilər, «MPK-82» və «MPK-107» adlı kiçik sualtı qayıq əleyhinə gəmilər, eləcə də «Smerç» kiçik raket gəmisi iştirak edir.
Çin Hərbi Dəniz Qüvvələri isə təlimlərə «Sinin» və «Usi» destroyerləri – döyüş gəmiləri, «Lin İ» freqatı və «Tayhu» təchizat gəmisi ilə qatılır.