...

BMT baş katibi Livanda təcili atəşkəsə çağırıb

Dünya xəbərləri Materials 1 Oktyabr 2024 20:29 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

BMT Baş katibi Antonio Quterreş Livandakı münaqişənin eskalasiyasından narahatdır və tərəfləri təcili atəşkəsə çağırıb.

Trend xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarriçin bəyanatında deyilir.

Bildirilib ki, nəyin bahasına olursa-olsun, Livanda genişmiqyaslı müharibədən çəkinmək lazımdır.

S.Dujarriç bildirib ki, Antonio Quterreş Livanın baş naziri Nacib Mikati ilə telefonla danışıb və BMT-nin Livandakı sistemi ölkə daxilində kömək etmək üçün səfərbər edilib.

“Baş katib təmasları davam etdirəcək və onun ərazidəki nümayəndələri vəziyyətin deeskalasiyası üçün səylərini davam etdirəcəklər”, - bəyanatda bildirilib.

Xəbər lenti

Xəbər lenti