Bakı. Trend:
Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər Tel-Əviv və Eylat şəhərlərindəki hədəflərə raket və pilotsuz təyyarələrlə hücum edib.
Trend-in məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səria açıqlama verib.
Səria Ənsar Allah-a məxsus Al Masirah telekanalında çıxış edərək bildirib ki, üsyançıların silahlı qüvvələri “iki hərbi əməliyyat həyata keçirib”. İlk əməliyyat zamanı iki raket ataraq Tel-Əvivdə “İsrailin iki hərbi hədəfini vurublar”.
Husilər həmçinin Jaffa və Samad-4 adlanan pilotsuz təyyarələrdən istifadə edərək Tel-Əviv və Eylat şəhərlərindəki hədəflərə hücum edib.