Bakı. Trend:
"Roskomnadzor" öz resurslarına xaricdən haker hücumları barədə məlumat verib.
Trend-in məlumatına görə, bu barədə qurumdan bildiriblər.
"RKN resursları ilə bağlı DDoS hücumlarını qeydə alırıq. 578,57 Gbit/s-ə qədər tutum, 50,76 milyon p/s-ə qədər sürət təşkilr edir", - deyə qeyd olunub.
Qeyd edilib ki, “hücumlar məqsədlərinə çatmır”. "RKN resursları, o cümlədən RKN veb-saytı məhdudiyyətsiz fəaliyyət göstərir", - deyə bildirilib.