...

Beyrut hava limanı gələn yüklərə nəzarəti gücləndirib

Dünya xəbərləri Materials 10 Oktyabr 2024 23:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beyrut hava limanı gələn yüklərə nəzarəti gücləndirib.

Trend-in verdiyi məlumata görə, Livan ordusu Beyrut Beynəlxalq Hava Limanına gələn yükləri daha diqqətlə yoxlayacaq, çünki İsrail daha əvvəl ölkədəki Hizbullah hərəkatına göndərilən silahları hədəf almaqla təhdid edib. Bu barədə “Əl-Ərəbiyyə”yə ordudakı mənbə məlumat verib.

Hava limanının təhlükəsizlik qüvvələri hərbçilər və digər aidiyyəti qurumlarla birlikdə yüklərin son mərhələsində hər şeyin qaydasında olduğuna əmin olmaq üçün yoxlamalar aparacaq.

Sentyabr ayında İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avixay Adrai bildirib ki, İsrail ordusu Hizbullaha hərbi yardım çatdırılmasına qarşıdır və silah daşıyan təyyarələrin Beyrut hava limanına enişinə icazə verməyəcək.

Livan ordusu həmçinin ölkənin yeganə mülki hava limanı olan Beyrut Hava Limanında gələn və gedən uçuşları da monitorinq edir. Hakimiyyət orqanları isə asayişin qorunması və fövqəladə hallara, xüsusilə köçkünlərin yerləşdiyi ərazilərdə təhlükəsizliyin təmin olunması üçün Beyrutda daxili təhlükəsizlik qüvvələrini yerləşdirib.

Xəbər lenti

Xəbər lenti