Bakı. Trend:
Kaliforniyada ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqinin keçirildiyi yerin yaxınlığında qara yolsuzluq avtomobilində silahlı şəxs saxlanılıb.
Trend-in məlumatına görə, bu barəd yerli şerif Çad Byankonun mətbuat xidməti bildirib.
Hadisə oktyabrın 12-də yerli vaxtla saat 17:00 radələrində baş verib. Həmin şəxs nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Onun 49 yaşlı Vam Miller adlı Las-Veqas sakini olduğu bildirilib.
Onun üzərindən ov tüfəngi və tapança tapıblar. O, qanunsuz silah saxlama ittihamı ilə həbs edilib. Hüquq-mühafizə orqanları hadisənin Trampın və tədbirin digər iştirakçılarının təhlükəsizliyinə heç bir şəkildə təsir etmədiyini qeyd edib.
FTB hadisənin Trampa sui-qəsd cəhdi ilə bağlı olduğunu hesab etmir. Bu barədə “The New York Post” qurumdakı mənbələrə istinadən yazır.