Bakı. Trend:
Kuba sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Zəlzələnin episentri, Qranma əyalətinin Bartolome Maso bələdiyyəsindən 34 km cənub-şərqdə, 17 km dərinlikdə yerləşib. Bu bölgədə təxminən 53 min nəfər yaşayır.
Tələfat və ya dağıntılar barədə məlumat daxil olmayıb və sunami təhlükəsi elan olunmayıb.