...

Şoltz Almaniyanın nüvə silahına malik olmasına qəti şəkildə qarşı olduğunu bildirib

Dünya xəbərləri Materials 11 Noyabr 2024 04:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya kansleri Olaf Şoltz, ölkəsinin nüvə silahına sahib olmasına qarşı olduğunu vurğulayıb və Almaniyanın özünü müdafiə etmək üçün yalnız adi silahlar, xüsusilə raketlər hazırlamağa məcbur olduğunu bildirib.

Trend-in məlumatına görə, bunu Şoltz ARD telekanalına verdiyi müsahibəsində söyləyib.

"Almaniyanın nüvə silahına malik olmasına qəti şəkildə qarşıyam," – deyə Almaniya hökumətinin başçısı bildirib.

Şoltz əlavə edib ki, bu mövzu onun tərəfindən "qəti müqavimətlə qarşılanacaq". O, ölkənin müdafiəsi üçün yalnız adi silahların, o cümlədən raketlərin hazırlanmasının vacib olduğunu vurğulayıb.

Kansler, həmçinin, "Hücuma məruz qalmamaq üçün bizi qoruyacaq bir şeyə ehtiyacımız var," – deyərək, Almaniyanın Fransa və Böyük Britaniya ilə birgə nüvə başlıqları daşımayan uzun mənzilli raketlər hazırlamaq üçün səy göstərdiyini xatırladıb.

Xəbər lenti

Xəbər lenti