Bakı. Trend:
Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlər 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Ada Qalxanı" adlı birgə hərbi təlimlər keçirməyə razılaşıb.
Trend xəbər verir ki, bu barədə KƏŞ-in baş katibi Casim Məhəmməd əl-Budaivi məlumat yayıb.
“2024-cü ildə Körfəz ölkələri hərbi əməkdaşlığı gücləndirmək məqsədilə müxtəlif komitələrin iclaslarını keçirib və bir neçə birgə təlim üzərində işləyiblər. Bu çərçivədə 2026-cı ildə BƏƏ-də keçiriləcək “Ada Qalxanı” təliminə dair razılığa gəldik”, – deyə baş katib bildirib.
Qeyd edək ki, bundan öncə Küveytdə keçirilən KƏŞ sammitində Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və Səudiyyə Ərəbistanının vəliəhdi, baş nazir Məhəmməd bin Salman Əl Səud iştirak ediblər. Sammitin sonunda qəbul edilən bəyannamədə Körfəz ölkələri Qəzza zolağında münaqişənin dayandırılmasına və Livanda atəşkəs rejiminin tətbiqinə dəstək verdiklərini bəyan ediblər.